Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Naft MİS”i qəbul edib. “Traktorçular” bu oyunda çətin qələbəyə sevinib - 3:2.
“Traktor” 9 turdan sonra 14 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.