6 dekabr 2025. Şənbə

Dinamo'dan Mahirsiz növbəti qələbə


Dinamo'dan Mahirsiz növbəti qələbə
Futbol üzrə Xorvatiya çempionatında 13-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Varajdin”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb - 3:1.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı futbolçu görüşü sonadək ehtiyat skamyasından izləyib.
 
Son Xorvatiya çempionu olan “Dinamo” 13 turdan sonra 34 xalla zirvədə qərarlaşıb.






Xəbər news