24 oktyabr 2024. Cümə axşamı

Maradona'nın oğlundan gürcü futbolçuya tərif


Maradona'nın oğlundan gürcü futbolçuya tərif

Mərhum argentinalı futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Armando Maradona “Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliya haqda fikirlərini bölüşüb.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradonanın oğlu 21 yaşlı yarımmüdafiəçini tərifləyib:

“Xviça yaxşı oyunçudur və inanıram ki, zamanla daha da güclü olacaq. Atam bu kollektivlə qürur duyardı. Mən buna tam əminəm. Onun “Napoli”nin oyunlarını cənnətdən izlədiyini düşünməyi xoşlayıram”.

Maradona futbolçu karyerasının ən yaxşı illərini “Napoli”də keçirib.







Xəbər news