- Xəbər news
- 22:34 14.11.2024
İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laportanın oğlu Gillem Laporta Madriddə saxlanılıb.
Corner.az "20minutos.es" nəşrinə istinadən xəbər verir ki, o, paytaxtda restoranların birində sevgilisi ilə münaqişə etdiyi və onlarla insanın gözü önündə xanımı hədələyərək silkələdiyiüçün tutulub.
Gillem hadisə yerinə gələn polis əməkdaşları ilə də aqressiv davranıb və hətta həbs olunarkən müqavimət göstərib.
G. Laporta kobud və aqressiv rəftarda ittiham olunaraq bu gün məhkəmə qarşısına çıxarılacaq
Qeyd edək ki, "Barselona" La Liqanın IX turunda "Real Madrid"ə 1:3 hesabı ilə uduzub.