“Rəqiblərlə bağlı kifayət qədər məlumatımız var”. Corner .az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Yuri Moroz AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan, Lixtenşteyn və Bosniya və Herseqovina ilə oyunlar barədə danışarkən deyib.
52 yaşlı ukraynalı mütəxəssis rəqiblərin güclü və zəif tərəflərini oyunçularla birlikdə analiz etdiklərini bildirib: "Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidir".
Azərbaycan yığması seçmə mərhələdə ilk matçını oktyabrın 24-də Ukraynaya qarşı keçirəcək. Qarşılaşmalar Bosniya və Herseqovinada olacaq. Seçmə mərhələnin qruplarında ilk iki yeri tutanlar və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv elit raunda yüksələcək.