"Qarabağ”ın futbolçusu Kevin Medina sosial şəbəkə hesabında paylaşım edib.
Corner.az xəbər verir ki, Misli Premyer Liqasının 10-cu turunun “Sumqayıt”la matçından (3:1) fotolarını paylaşan 29 yaşlı müdafiəçi, futbolla məşğul olduğuna görə özünü xoşbəxt hiss etdiyini yazıb:
“Bu idmanla məşğul olduğuma görə çox xoşbəxtəm. Bu çılğın həyat gözəldir”.
Kolumbiyalı oyunçu 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir.