24 oktyabr 2024. Cümə axşamı

Məşhur futbolçu matç zamanı siqaret çəkdi - FOTO


Məşhur futbolçu matç zamanı siqaret çəkdi - FOTO

İtaliyanın “Roma” klubunun sabiq yarımmüdafiəçisi Radja Nainqqolan növbəti dəfə xoşagəlməz davranışı ilə gündəm olub.

Corner.az xəbər verir ki, hazırda “Antverpen”də çıxış edən 34 yaşlı futbolçu “Standard”la çempionat matçından (0:3) əvvəl ehtiyat oyunçular oturacağında “işıq saçıb”.

Meydançanın kənarında siqaret çəkən belçikalı oyunçu kamera obyektivlərinə tuş gəlib. Nainqqolanın siqaretlə fotosu sosial şəbəkədə müsbət qarşılanmayıb.

“Antverpen” rəhbərliyi Nainqqolanın bu davranışından narazı qaldığı üçün onu əsas komandadan uzaqlaşdırılıb. Hazırda təcrübəli futbolçu “Antverpen”in əvəzecidi heyətində məşqlərə çıxır.

Bildirək ki, oktyabrın əvvəlində Belçika mətbuatında Nainqqolanın vaxtı keçmiş sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildiyi barədə məlumatlar da yayılmışdı. Futbolçu daha sonra zaminə buraxılmışdı.







Xəbər news