24 oktyabr 2024. Cümə axşamı

Onları çalışdırmaq mənim üçün böyük şərəfdir


Onları çalışdırmaq mənim üçün böyük şərəfdir

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun futbolçuları Tibo Kurtua və Kərim Benzemanın mükafatları ilə bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, italiyalı məşqçi, sözügedən futbolçuları çalışdırmağın böyük şərəf olduğunu deyib:

“Dünyanın ən yaxşı qapıçısını və “qızıl top”un sahibini çalışdırmaq mənim üçün böyük şərəfdir. Dostlarım Tibo və Kərimi təbrik edirəm”.

Kurtua ən yaxşı qapıçı kimi Lev Yaşin mükafatını, Benzema isə 2022-ci ilin ən yaxşı oyunçusu kimi “qızıl top”un sahibi olub.

“Real” ötən mövsüm Ançelotti ilə birlikdə İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.







Xəbər news