28 may 2026. Cümə axşamı

Baptista futboldan getdi


Baptista futboldan getdi

Braziliya millisinin sabiq futbolçusu Julio Baptista karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb:“ 20 ildən çox davam edən peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Yeni bir həyata başlayıram. Xəyallarımı gerçəkləşdirməyimə dəstək verən hər kəsə minnətdaram”.

Qeyd edək ki, karyerasına “Sao Paulo”da başlayan Baptista, “Real”, “Arsenal”, “Sevilla” və “Roma” kimi klublarda çıxış edib. Onun son klubu isə Rumıniya təmsilçisi “CFR Kluj” olub.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı