2 fevral 2026. Bazar ertəsi

Əzimovun komandası Moldova kuboku ilə vidalaşdı


Əzimovun komandası Moldova kuboku ilə vidalaşdı
Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Novruz Əzimovun baş məşqçi olduğu “Dinamo-Avto” da bu turnirdə növbəti matçına çıxıb.
 
Tiraspol təmsilçisi doğma meydanda aşağı liqa klubu "Univer-Oquzsport"u qəbul edib və 0:2 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. 93 və 100-cü dəqiqələrdə fərqlənən qonaqlar 1/4 finala yüksəlib.
 
Oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən Əzimov məğlubiyyətə görə məyus olduğunu bildirib: "Kim matça daha düzgün yanaşırsa, o da uğur qazanır. Futbolçulara dəfələrlə demişəm ki, rəqiblərə yuxarıdan aşağı baxmasınlar. Amma hərdən belə də olur və elita təmsilçisi aşağı dəstə komandasına uduzur. Təbii ki, bu məğlubiyyət bizi çox incidir. Lakin bu, qismətdir”.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO