12 may 2026. Çərşənbə axşamı

Krivotsyukun komandası kubokda mübarizəni dayandırdı


Krivotsyukun komandası kubokda mübarizəni dayandırdı
Futbol üzrə Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Legiya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan 0:3 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.
 
Anton da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı