28 may 2026. Cümə axşamı

Ronaldo Monakoda Hemiltonla görüşüb


Ronaldo Monakoda Hemiltonla görüşüb

Juventus'un futbolçusu Cristiano Ronaldo "Formula 1" üzrə Monako Qran-prisinin paddokuna baş çəkib.

Corner.az-ın məlumatına görə, portuqaliyalı hücumçu "Mercedes"in britaniyalı pilotu Lüis Hemiltonla görüşüb. O, daha sonra pilotla bərabər fotosunu şəxsi "Instagram"ında paylaşaraq, bunları yazıb: "Səni görmək həmişə xoşdur".

Beşqat dünya çempionu isə "Görüşməyimiz xoş oldu" cavabını verib. Hər iki idmançı bir-birinə "qardaş" deyə müraciət edib.

Qeyd edək ki, Lüis Hemilton Monako Qran-prisindəki ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib. "Mercedes" pilotu komanda yoldaşı Valtteri Bottası 0,081 saniyə üstələyib.









Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı