- Xəbər news
- 22:34 14.11.2024
Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” keçiriləcək.
Corner.az saytı xəbər verir ki, yarışda triatlon (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış), duatlon (10 km velosiped sürmə, 2 km qaçış) və uşaq qaçışında (1 km) mübarizə olacaq. Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçiriləcək.
Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növlər üzrə master klaslar da təşkil olunacaq.
“Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərimizdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.