- Xəbər news
- 22:34 14.11.2024
Bakı Ekspo Mərkəzində təşkil olunan II Azərbaycan Beynəlxalq
“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh 2022” sərgisi
davam edir.
Sərginin ikinci günündə də Qarabağ Dirçəliş Fondunun stendinə maraq göstərən ziyarətçilər çoxluq təşkil edir.
Fond tərəfindən hazırlanan üzərində Qarabağın simvolları təsvir olunduğu “Incredible Karabakh” t-shirt kolleksiyası sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Sərgi ziyarətçiləri tərəfindən “Incredible Karabakh” kolleksiyasından məhsulun necə əldə olunması ilə bağlı çoxsaylı suallar ünvanlanıb. Məlumat üçün bildirək ki, kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.
Stendi ziyarət edən yerli və xarici şirkətlər, o cümlədən fərdi şəxslər Fond tərəfindən həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olublar. Sevindirici haldır ki, ziyarətçilərin bir qismi sərgi ilə tanışlıq zamanı Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə Fonda ianə ediblər.
Qeyd olunmalıdır ki, müxtəlif yaş kateqoriyasından olan sərgi ziyarətçiləri Qarabağın möhtəşəm abidələrinin rəsmlərindən ibarət olan “Qarabağın inciləri” puzzle oyununa maraq göstərib. İki gün ərzində 200 nəfərdən çox vətəndaş abidələri virtual olaraq bərpa etmək üçün yarışıb. Sərginin sonuncu günü qaliblərin adları açıqlanacaq və onlara “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə təqdim olunacaq.
Bundan başqa ziyarətçilər Fondun vətəndaşların işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində iştirakçılılığını qiymətləndirmək və onların bu istiqamətdə fikirlərini və mövqelərini müəyyənləşdirmək məqsədilə mövcud və potensial donorlar arasında keçirdiyi sorğuda da iştirak ediblər.
Eyni zamanda Qarabağ Dirçəliş Fondunun əməkdaşları
sərgi çərçivəsində təşkil olunan bir neçə “B2B” formatlı görüşlərdə iştirak
ediblər.
Qeyd
edək ki, oktyabrın 21-də işini yekunlaşdıracaq sərgiyə giriş sərbəstdir.
Qarabağ Dirçəliş Fondunun stendinə yaxınlaşaraq Fondun fəaliyyəti, həyata
keçirdiyi layihələr, Qarabağın bərpası istiqamətində görülən işlərlə yaxından
tanış olmaq mümkündür.
Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!