24 oktyabr 2024. Cümə axşamı

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib


AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik edib

AFFA rəhbərliyi bu gün 75 yaşı tamam olan Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu təbrik edib.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş katib Sərxan Hacıyev bu münasibətlə yubilyarla görüşüb.

O, AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.

Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.







Xəbər news