24 oktyabr 2024. Cümə axşamı

Dadaşovlu Qrasshopper evdə uduzdu


Dadaşovlu Qrasshopper evdə uduzdu
Futbol üzrə İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Servett”ini qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 2:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” 12 turdan sonra 14 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news