- Xəbər news
- 22:34 14.11.2024
“Mançester Yunayted”in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra “qırmızı şeytanlar”ın futbolçularını “Mançester Siti”nin hücumçusu Erlinq Halandla müqayisə edib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı veteran futbolçu Halandın və “Mançester Yunayted”in futbolçularının vurduğu qolların sayından danışıb:
“Kriştiano Ronaldo, Sanço, Bruno Fernandes, Skott Maktominey – cəmi 13 qol. “Mançester Siti”yə nəzər salsaz, Haland təkcə 15 qol vurub. “Mançester Yunayted”də dəqiq vuruşlar demək olar ki yoxdurvə onların hamısı bir Haland etmir”.
“Mançester Yunayted” hazırda 19 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir.