2 fevral 2026. Bazar ertəsi

Mahirsiz Dinamo səfərdə xal itirdi


Mahirsiz Dinamo səfərdə xal itirdi

Futbol üzrə Xorvatiya çempionatında 14-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Split “Hayduk”unun qonağı olub və oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. Koronavirusa yoluxmuş azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dinamo” 14 turdan sonra 35 xalla zirvədə qərarlaşıb







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO