- Xəbər news
- 01:00 22.01.2026
"DC United"in hücumçusu Wayne Rooney karyerasını bitirdikdən sonra məşqçi olacağını açıqlayıb.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu məşqçi olmaq fikrindədir. O, futbolu sevdiyini və bu idman növündən ayrıla bilmədəyini deyib: "Həyatımı futbolda keçirmişəm. Mən bu idman növünü sevirəm. Özümü baş məşqçi kimi sınamaq maraqlıdır. Uğur qazanacağıma ümid edirəm. Yüksək səviyyəli futbolçularla oynamışam, futbol barədə çox məlumatım var".
Qeyd edək ki, Rooney, bu mövsüm 13 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.