Futbol üzrə Polşa çempionatında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Stal”ın qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. O, 13-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Visla” 14 turdan sonra 25 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.