Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Lviv”i qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 9 turdan sonra 16 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.