2 fevral 2026. Bazar ertəsi

Barselona'nın idman direktoru olmaq istəyir - keçmiş futbolçu


Barselona'nın idman direktoru olmaq istəyir - keçmiş futbolçu

"Barselona”nın sabiq futbolçusu Andres İnyesta keçmiş klubuna idman direktoru və ya məşqçi kimi qayıtmaq istədiyini açıqlayıb.

Corner.az “Barca Universal”-a istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi, Kataloniya təmsilçisinə oyunçu kimi geri dönməyin çox mümkünsüz olduğunu deyib:

“Barselona”nın oyunçusu kimi mənim dövrüm artıq başa çatdığını deyə bilərəm. Orada futbolçularla rəqabət aparmaq mümkün olmayacaq çünki onlar gənc və fiziki cəhətdən güclüdürlər. Mən “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm. Amma əvvəlcə müxtəlif sahələrdə öyrənməliyəm, sonra buna baxarıq”.

İspan oyunçu hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edir.

İnyesta 2002-2018-ci illərdə “Barselona”da çıxış edib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO