2 fevral 2026. Bazar ertəsi

Meydanda diz çöküb, evlilik təklifi etdi - FOTO


Meydanda diz çöküb, evlilik təklifi etdi - FOTO

“Standard” – “Anderlext” matçından sonra meydan sahiblərinin futbolçusu Aron Dennum sevgilisi "Tottenhem”in və Norveç millisinin hücumçusu Selin Bize İldhusoya ad günündə gözlənilməz evlilik təklifi alıb.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Standard”da çıxış edən Dennum xanım futbolçuya etdiyi evlilik təklifini belə şərh deyib:

“Bu, planlaşdırılmışdı. Amma uduzsaydıq, bunu etməyəcəkdim. Bu, mənim üçün ən mükəmməl an idi. Artıq iki ilə yaxındır ki, bir yerdəyik və mən ona dəlicəsinə aşiqəm. Onun da evlənmək istədiyini bilirdim. İmtina etməsi? - Xeyr, onun bunun üçün edəcək riski yox idi”.

Bildirək ki, Belçika “klassiko”su adlanan “Standard”- “Anderlext” matçı yarımçıq dayandırılıb. Buna ikinci hissənin ortalarında səfərdə oynayan “Anderlext”in azarkeşlərinin “Standard”ın hesabı artırması ilə meydançaya məşəllər və oturacaqlar atması səbəb olub. Matç dayandırılana qədər “Standard” 3:1 hesabı ilə öndə olub.








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO