Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin futbol komandası Gürcüstan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən futbol turnirində qüvvəsini sınayacaq.
Corner.az xəbər verir ki, Tbilisidə tanınmış idman şərhçisi Kote Maxaradzenin xatirəsinə keçirilən yarışa ardıcıl ikinci dəfə AİJ İB dəvət olunub. Gənclər və İdman nazirlinin dəstəyi ilə səfərə yola düşən komanda artıq qonşu ölkədədir. Turnir 27-29 oktyabr 2022-ci il tarixlərində keçiriləcək.
Yarışda komandamızın aşağıdakı heyətlə təmsil olunur:
1. Firuz Abdulla – AİJİB-nin vitse-prezidenti
2. Emin Abbasov – Sportal.az saytı
3. Ramiz Mirzəzadə – CBC Sport TV
4. Faiq Tahirov – Futbolpress.az saytı
5. Anar Hacıyev – “Qəbələ” FK mətbuat xidməti
6. Teymur Maksutov – 1news.az saytı
7. Xanoğlan İmanov – Sportinfo.az saytı
9. Etibar Tağıyev – Affa.az saytı
10. Asəf Zeynalov – CBC Sport TV