22 mart 2026. Bazar günü

40 yaşında karyerasını başa vurdu


40 yaşında karyerasını başa vurdu

Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

Corner.az  "Match TV"yə istinadən xəbər verir ki, Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 40 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.







Xəbər news