Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə danışıb. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis “La Repubblica” nəşrinə müsahibəsində Bakı şəhərinin gözəl olduğunu bildirib:
“Burada havalar soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir. Burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan. Dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığı hiss olunmur”.