25 noyabr 2024. Bazar ertəsi

Səmədov bosniyalıları qorxaq adlandırdı


Səmədov bosniyalıları qorxaq adlandırdı
Əslən azərbaycanlı olan, “Spartak”ın və Rusiya yığmasının sabiq futbolçusu Aleksandr Səmədov millinin Bosniya və Herseqovina ilə yoldaşlıq oyununun ləğv edilməsinə münasibət bildirib. Corner.az xəbər verir ki, 38 yaşlı keçmiş futb olçu yerli mətbuata açıqlamasında indiki vəziyyətdə hər şeyin ola biləcəyini deyib:
 
“Rusiya – Bosniya oyunu keçirilsəydi, yaxşı olardı, amma indiki vəziyyətdə hər şey ola bilər. Ona görə də, qərara gəldik ki, indi heç nəyi dəyişmək olmaz. Qarşı tərəf əvvəlcə razılaşdı, sonra narazılıq etdi. Görünür, nədənsə qorxdular, ona görə də, matçı ləğv etmək qərarına gəldilər. Səbəb qorxu idi. Bundan sonra Avropa komandaları ilə yoldaşlıq görüşləri ilə bağlı razılığa gələ bilməyəcəyimizi bilirik”.
 
Rusiya millisi növbəti yoldaşlıq oyununda Tacikistan yığması ilə qarşılaşacaq. Görüş noyabrın 17-də, Düşənbədə keçirilməlidir.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir