2 fevral 2026. Bazar ertəsi

Neftçi Atletiko, İnter və Yuventus'la eyni turnirdə


Neftçi Atletiko, İnter və Yuventus'la eyni turnirdə
“Neftçi” klubunun U-11 komandası Türkiyədə təşkil olunacaq "Can Bartu" turnirinə qatılacaq. Corner.az xəbər verir ki, "Fənərbaxça" klubunun təşkil etdiyi yarışda "ağ-qaralar"la yanaşı, daha 15 kollektiv mübarizə aparacaq.
 
Beynəlxalq turnirdə İtaliyanın "İnter", "Yuventus", Bolqarıstanın ÇSKA (Sofiya), İspaniyanın "Atletiko" (Madrid), "Vilyarreal", Türkiyənin "Fənərbaxça", "Beşiktaş", "Qalatasaray", "Altınordu", "Göztəpə", "Altay", "Manisa", "Adana Dəmirspor", "Başakşəhər" və "Gölcük Karadenizspor" komandaları da çıxış edəcəklər.
 
"Can Bartu" turniri noyabrın 16-da “Lefter Küçükandonyadis” təlim-məşq mərkəzində start götürəcək.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO