24 oktyabr 2024. Cümə axşamı

2022-ci ildə ən çox qol vuran futbolçular bilindi


2022-ci ildə ən çox qol vuran futbolçular bilindi

2022-ci ildə indiyədək bütün turnirlərdə ən çox qol vuran futbolçular bəlli olub.

Corner.az-ın məlumatına görə, siyahıya Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir.

23 yaşlı oyunçu bu müddət ərzində 46 qol vurub.

İngiltərə "Mançester Siti"sində çıxış edən Norveç millisinin üzvü Erlinq Haland 41 qolla ikinci sırada yer alıb.

Polşa millisinin və İspaniya "Barselona"sının futbolçusu Robert Levandovski Malaziyanın "Johor Darul Tazim" klubunda çıxış braziliyalı Bergsonla birlikdə növbəti mövqelərdə qərarlaşıb. Hər iki oyunçu 40 qolla yadda qalıb.







Xəbər news