- Xəbər news
- 01:00 22.01.2026
Qarabağ Dirçəliş Fondunun mövcud və potensial
donorlar arasında keçirdiyi sorğu davam edir.
Sorğunun əsas məqsədi vətəndaşların Qarabağın bərpası
və yenidən qurulması istiqamətində görülən işlərə münasibətinin, bu prosesdə
iştirakçılığının, mövqelərinin düzgün təhlil edilməsidir.
Sorğunun
nəticələri Fondun gələcək fəaliyyəti, cəmiyyətin
üzvlərinin bərpa prosesində iştirakçılığının təmin olunması və Qarabağın bərpası
istiqamətində ianələrin cəlb olunmasına mühüm töhfə verəcək.
Qeyd olunmalıdır ki, sorğu anonim
şəkildə keçirilir.
Cəmi 3-5 dəqiqə vaxt sərf etməklə
sorğuda iştirak edə və Qarabağın inkişafına dəstək ola bilərsiniz.
Sorğuda iştirak etmək üçün aşağıda qeyd olunan linkə
daxil olun:
https://qdfaz.questionpro.com/ferdi-sorgu
Qeyd edək ki, hazırda ölkə başçısının tapşırığına əsasən azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa və quruculuq işləri aparılır - minlərlə kilometr uzunluğunda
yeni yollar çəkilir, infrastruktur bərpa olunur, yaşayış binaları və
müəssisələr tikilir, hava limanları və dəmir yolları inşa edilir.
Şəhərlərin, yüzlərlə kənd və qəsəbənin,
on minlərlə binanın, yaşayış yerlərinin, böyük bir infrastruktur sistemlərinin
və nəqliyyat yollarının yenidən qurulması, 1 milyona yaxın qarabağlının öz
yurdlarına qayıtması prosesində dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin, ictimai
həmrəyliyin rolu olduqca önəmlidir.