"Barselona"nın müdafiəçisi Jerar Pike peşəkar karyerasını bitirir. Corner.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun özü sosial şəbəkə hesabında paylaşım edib.
İspan oyunçu bildirib ki, La Liqanın 13-cü turu çərçivəsində baş tutacaq "Almeriya" ilə matç onun həm karyerasında, həm də Kataloniya təmsilçisində sonuncu matçı olacaq:
"Barselona" azarkeşləri mənə istədiyim hər şeyi verdi. Bir uşağın xəyalları gerçəkləşdi, amma artıq bu səhifəni bağlamağın vaxtıdır. Söz vermişdim ki, başqa komandada oynamayacağam. Elə də olacaq. Bu şənbə "Kamp Nou"da son matçım olacaq".
"Barselona"nın yetirməsi olan Jerar Pike karyerası ərzində İngiltərənin "Mançester Yunayted" və ölkəsinin "Real Saraqosa" klublarında da çıxış edib.