Bu gün “Neftçi” PFK-nın inzibati binasında AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək və hakimlərin inkişafı üzrə məsləhətçi Burçin Keskinin iştirakı ilə əsas komandanın məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Corner.az xəbər verir ki, tədbirdə komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.