Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rakov”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda darmadağına üzülüb – 1:7.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.
“Visla” 16 turdan sonra 25 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.