24 oktyabr 2024. Cümə axşamı

Renatlı Qrasshopper səfərdə xalsız qaldı


Renatlı Qrasshopper səfərdə xalsız qaldı
Futbol üzrə İsveçrə çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Senkt Qallen”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.
 
“Qrasshopper” 15 turdan sonra 17 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.






Xəbər news