Sabiq "Arsenal"lı karyerasını bitirdi
"Arsenal"ın sabiq hücumçusu Maruan Şamax futbolla vidalaşıb.Corner.az "BeIN Sports"a istinadən xəbər verir ki, bu barədə mərakeşli oyunçu özü məlumat verib. İki ildir futbol oynamadığını bildirən 35 yaşlı forvard karyerasını bitirdiyini rəsmən açıqlayıb:"Faktiki olaraq, 2 ildir futbolla qurtarmışam. Ailəmə daha yaxın olmaq istəyirdim. İndi isə karyeramı başa vurduğumu rəsmən elan edə bilərəm".Şamax məşqçiliyə başlayacağını da gizlətməyib: "Məşqçi və ya məsləhətçi kimi futbola qayıtmağı planlaşdırmırdım. Amma hiss edirəm ki, artıq futbol üçün darıxıram. Lisenziya alıb, bu işə məsuliyyətlə yanaşacağam".Qeyd edək ki, 2010-2013-cü illərdə "Arsenal"ın formasını geyinən Şamax "Bordo", "Kristal Pelas", "Kardiff" və "Vest Bromviç"dəki çıxışı ilə də yadda qalıb.