“Sion”un futbolçusu Mario Balotelli İsveçrə çempionatında “Bazel”ə qarşı keçirilən oyunda rəqib azarkeşlərə orta barmağını göstərib. Corner.az xəbər verir ki, İsveçrə Futbol Federasiyası bu davranışa görə 32 yaşlı hücumçunun lisenziyasını dondurub.
İtalyan oyunçu bununla bağlı “Blick” nəşrinə verdiyi açıqlamada bunları deyib:
“Dünyanın nə qədər utancverici bir yer olduğunu bilmək üçün İsveçrə çempionatına baxmalısız. İsveçrə Futbol Federasiyası necə bir mafiyadır, bilmirəm. İnanın mənə, mənim kimi futolçular saxtakarlığın, ədalətsizliyin hökm sürdüyü İsveçrə çempionatında oynamaqdan qürur duymur”.
Balotelli oyun zamanı kobud müdaxiləyə məruz qalsa da hakim cərimə zərbəsi təyin etməyib. Futbolçu bu səbəbdən əsəbləşib və fanatlara orta barmağını göstərib.
Avqust ayından “Sion”da çıxış edən 32 yaşlı futbolçu İsveçrə çempionatında 8 oyunda 4 qol vurub