Bakı finalını Arşavin şərh edəcək
Avropa Liqasının Bakıda keçiriləcək final oyunu dünyanın bir çox telekanalı vasitəsilə canlı yayımlanacaq.
Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən ölkədə "Matc TV"nin yayımlayacağı "Çelsi" - "Arsenal" matçının şərhçilərindən biri yerli futbol veteranı Andrey Arşavin olacaq. "Topçular"ın sabiq futbolçusu jurnalist Timur Juravellə birlikdə həlledici qarşılaşmanı şərh edəcək.Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.