"Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Azərbaycandan hələ də ayrılmayıb. Corner.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bildirib ki, sentyabrda istefaya göndərilməsinə baxmayaraq, Bakıdan ayrılmayıb:
“Bunun böyük səbəbləri yoxdur. Birincisi, uşaqlar Bakıda məktəbə getdilər: rübün ortasında fasilə vermək istəmirəm. İkincisi, komanda ilə texniki məsələləri həll etmək lazımdır. Televiziyada çoxlu futbol var, üstəlik internetdə nəsə tapa bilərsiniz. Üstəlik, eyni kompleksdə yaşadığımız qonşular arasında da tanışlar var. Bu, "Sabah"ın baş məşqçisi Murad Musayev, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampfdır. Biz tez-tez bir-birimizi görür və danışırıq”.
“Sumqayıt” belaruslu mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı üçüncü xarici klub olub. Bundan əvvəl o, "Jalgiris" (Litva) və "Aktobe"nin (Qazaxıstan) baş məşqçisi vəzifəsində çalışıb. Belaruslu mütəxəssis bu 3 klubun ölkələrindəki futbolu müqayisə edib:
“Azərbaycan çempionatı əcnəbi futbolçuların dəvət olunması baxımından bir-iki addım öndədir. Oradakı futbolçular Braziliyadan, Portuqaliyadan, Almaniyadan, İspaniyadan əla keçmişə malikdirlər. Ona görə də “Qarabağ”, “Neftçi” və “Sabah”ın səviyyəsi yüksəkdir. Görünüş və strateji olaraq, Azərbaycan futbolu bizə nümunə ola bilər. Demək olar ki, bütün komandaların stadionu, infrakstrukturu var”.