24 oktyabr 2024. Cümə axşamı

Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilib


Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilib
Noyabrın 10-da Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilib.

İcmadan verilən məlumata görə, iclasda İcmanın Media Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə VisionTV-nin baş redaktoru Şöhrət Eldəniz, İcmanın yeni xəbər saytının hazırlanması ilə bağlı İcmanın şöbə müdiri Qalib Qasımov ətraflı məlumat verib.

İcmanın şöbə müdiri Miraslan Bəkirli Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarına səfəri və həmin rayonlarda məskunlaşmış Qərbi Azərbaycan qaçqınları ilə bağlı görülən işlər barədə məlumat verib.

Məsələlər ətrafında müzakirələrdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın Aparat rəhbəri Abduləli Həsənov, İcmanın şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli və İcmanın Aparat əməkdaşları iştirak ediblər. 

Müzakirə olunan məsələlərlə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti








Xəbər news