Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krakoviya”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbə qazanıb – 1:0.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin oyunçusu 85-ci dəqiqədə meydana buraxılıb.
“Visla” 17 turdan sonra 28 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.