1 fevral 2026. Bazar günü

Onunla müqayisə ediləndə çox sevinirəm


Onunla müqayisə ediləndə çox sevinirəm

"Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya klubun əfsanəsi Dieqo Maradona ilə müqayisə edilməsinə münasibət bildirib.

Corner.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu azarkeşlərin müqayisəsinin onu xoşbəxt etdiyini deyib:

“Maradona ilə müqayisə olunmaqdan söz düşmüşkən, düşünürəm ki, heç kim onunla müqayisə oluna biləcək gücdə deyil, o, futbol əfsanəsi idi. Onun kimi futbolçunun gələcəkdə meydana çıxacağını gözləməyin çətin olacağını düşünürəm m

Təbii ki, azarkeşlər məni onunla müqayisə edəndə mən buna çox sevinirəm. Bu, mənim üçün çox şey deməkdir. Əgər sizi kimsə belə bir oyunçu ilə müqayisə edərsə, siz yalnız bununla fəxr edə və xoşbəxt ola bilərsiniz”.

Gürcü oyunçu 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O, Neapol təmsilçisində heyətində 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO