22 mart 2026. Bazar günü

Mahir Emreli Xorvatiyada dubla imza atdı


Mahir Emreli Xorvatiyada dubla imza atdı
Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Riyeka”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda darmadağınla qalib gəlib - 7:2.
 
Emreli də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına qol vurub. 73-cü dəqiqədə sarı vərəqə də alan azərbaycanlı futbolçu, 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu da rəsmiləşdirib.
 
Son Xorvatiya çempionu olan “Dinamo” 17 turdan sonra 41 xalla zirvədə qərarlaşıb.






Xəbər news