22 mart 2026. Bazar günü

Firudin Ağasıoğlunun “İslamöncəsi Türk Tarixi” (9 Bitik) kitabının təqdimat mərasimi keçirildi


Firudin Ağasıoğlunun “İslamöncəsi Türk Tarixi” (9 Bitik) kitabının təqdimat mərasimi keçirildi

Tanınmış türkoloq alim, professor Firudin Ağasıoğlunun “İslamöncəsi Türk Tarixi” (9 Bitik) adlı 9 cildliyinin Türkiyədə nəşr olunmuş 6 cildinin Bakıda təqdimat mərasimi keçirildi.

Corner.az xəbər verir ki, kitabın təqdimatında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də iştirak edib. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib və bunları qeyd edib: 

Ümumtürk, o cümlədən Azərbaycan tarixinin İslamaqədərki dövrünə dair bu fundamental tədqiqat əsəri Azərbaycan humanitar elminin növbəti möhtəşəm hadisəsidir və onu gələcəkdə hazırlanacaq milli tarix konsepsiyamızın təməl kitabı hesab etmək olar.

Tədbirdə iştirak və çıxış edərək böyük alimimizi təbrik etməyi özümüzə borc bildik. Millətimiz üçün xeyirli-uğurlu olsun.







Xəbər news