22 mart 2026. Bazar günü

Saatlılı gənc medala layiq görüldü


Saatlılı gənc medala layiq görüldü
Noyabrın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş şahmat üzrə turnirin final mərhələsi keçirilib.
Corner.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində keçirilən final oyunlarında Saatlı rayonundan Rüfət Hümbətov III yeri əldə edərək bürünc medala layiq görülüb.
Turnirin bağlanış mərasimində çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov turnir iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Saatlı rayonunda olan Milli Məclisin deputatı Əziz Ələkbərli 160 nəfər gənc arasında keçirilən turnirdə Saatlı nümayəndəsinin medala layiq görülməsini Saatlı idmanının növbəti uğuru hesab edib və Rüfət Hümbətovu təbrik edib.








Xəbər news