25 noyabr 2024. Bazar ertəsi

Qarabağ - Avropanın 17 komandasından biri...


Qarabağ - Avropanın 17 komandasından biri...
Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandalar bəlli olub. Corner.az xəbər verir ki, 17 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.
 
Ağdam təmsilçisi son olaraq Premyer Liqanın XIV turunda "Sabah"la səfər oyununda xal itirib - 0:0.
 
Top-5 liqalarda yalnız İtaliyanın "Napoli" və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.
 
"Napoli" (İtaliya) - 13 qələbə, 2 heç-heçə
 
PSJ (Fransa) - 13 qələbə, 2 heç-heçə
 
"Benfika" (Portuqaliya) - 12 qələbə, 1 heç-heçə
 
"Srvena Zvezda" (Serbiya) - 17 qələbə, 2 heç-heçə
 
"Dnipro-1" (Ukrayna) - 10 qələbə, 2 heç-heçə
 
"Şaxtyor" (Ukrayna) - 8 qələbə, 3 heç-heçə
 
"Panatinaikos" (Yunanıstan) - 12 qələbə, 1 heç-heçə
 
"Qarabağ" 13 qələbə, 1 heç-heçə
 
"Pafos" (Kipr) - 9 qələbə, 2 heç-heçə
 
TNS (Uels) - 12 qələbə, 1 heç-heçə
 
"Svift Hesperange" (Lüksemburq) - 11 qələbə, 1 heç-heçə
 
"Klaksvik" (Farer adaları) - 25 qələbə, 2 heç-heçə
 
"Hamrun" (Malta) - 9 qələbə, 1 heç-heçə
 
"İnter Eskaldes" (Andorra) - 6 qələbə, 2 heç-heçə
 
"Europa", "Linkoln" (Cəbəllütariq) - hər ikisi 5 qələbə, 1 heç-heçə
 
"Tre Penne" (San-Marino) 5 qələbə, 3 heç-heçə
 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir