21 yaşadək futbolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Zoltan Gera Türkiyədə Azərbaycan və Danimarka seçmələrinə qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Antalyada onları fərqli üslubda oynayan iki rəqib gözlədiyini söyləyib: “Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır. Fiziki cəhətdən güclü kollektivdir. Danimarka isə Avropanın top komandasıdır. Futbolçularının çoxu artıq Çempionlar Liqasında çıxış edib. Buna görə də, ikinci matç bizim üçün əsl sınaq olacaq”.
Xatırladaq ki, Azərbaycan - Macarıstan matçı noyabrın 17-də baş tutacaq.