- Xəbər news
- 22:34 14.11.2024
"Liverpul”un sabiq futbolçusu Cimi Karrager Kriştiano Ronaldonun bir neçə gün əvvəl yayımlanan qalmaqallı müsahibəsi haqda fikirlərini bölüşüb.
Corner.az “Sky Sports”-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş müdafiəçi Ronaldonun açıqlamalarının şou olduğunu bildirib:
“Söhbət komandadan, baş məşqçidən yox, məhz Kriştiano Ronaldodan gedir. Kluba qayıdandan bəri belədir. Bu, əslində Ronaldonun göstərdiyi şoudur. Keçən mövsüm çoxlu qol vurdu. Bu mövsüm meydanda olmadığı üçün diqqəti cəlb edə bilmir.
O, komandadan uzaqlaşdırılmağını istəyir. Yayda ayrılmaq istədiyini açıqladı. Alıcı yox idi – bəlkə, maaşa görə, bəlkə də, “Mançester Yunayted”in maliyyə tələblərinə uyğun olmadığına görə. Mənə elə düşünürəm ki, Ronaldo özü komandadan qovulmağa çalışır”