24 oktyabr 2024. Cümə axşamı

Uzun müddət oynayacağımı düşünmürəm


Uzun müddət oynayacağımı düşünmürəm

"Uzun müddət oynayacağımı düşünmürəm".

Corner.az-ın məlumatına görə, bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib.

35 yaşlı hücumçu karyerasını bitirdikdən sonra da həyatının bu idman növü ilə bağlı olacağını vurğulayıb: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır".

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək.







Xəbər news