25 noyabr 2024. Bazar ertəsi

AFFA Bakcell Arena'nı satır: artıq stadionun yeni sahibi də bəllidi


AFFA Bakcell Arena'nı satır: artıq stadionun yeni sahibi də bəllidi

AFFA 8-ci kilometr stadionunu satır. Qurum balansında olan arenanı hazırda ev oyunlarını burada keçirən “Neftçi”yə vermək niyyətindədi.

Hazırda danışıqlar prosesi gedir və məsələ həll olunmaq üzrədi. Məbləğ açıqlanmır, bununla belə, tərəflərin anlaşmağa çox yaxın olduğu deyilir.

“Neftçi” stadionu aldıqdan sonra onun adını satmaq istəyir. Klub yaxşı sponsor satıb və stadionun adının satılması nəticəsində həm yaxşı bir idman qurğusuna sahib olacaq, həm də sözügedən sövdələşmə nəticəsində ziyana düşməyəcək, əksinə, büdcəsini zənginləşdirəcək.

Təməli 2010-cu ildə qoyulan stadion “Bakılı”nın prezidenti Misir Əbilova məxsus idi. AFFA o zaman ərazini 3 milyon manata alıb stadion inşa etdirdi, 2012-ci il sentyanrın 14-də təntənəli açılış mərasimi keçirildi.

11 min tamaşaçı tutumuna malik olan 8-ci kilometr stadionu bir sıra mötəbər yarışlara, avrokubok oyunlarına, yığmanın matçlarına ev sahibliyi edib. İdman qurğusu 2013-cü ildən yerli mobil operatorla beşillik anlaşma nəticəsində “Bakcell Arena”ya çevrilmiş, 2018-də müqavilə yenilənmişdi. 2023-də müqavilənin müddəti başa çatır və “Neftçi” daha yaxşı maliyyə ödəyən sponsor tapıb. Sadəcə, şərt odur ki, stadion klubun olmalıdı və AFFA da onu satmağa razıdır.

Anlaşmanı detallarını bilmədiyimizdən, fikir bildirmək çətindi. Yəqin ki, rəsmi açıqlama olduqdan sonra qiymət vermək daha asan olacaq.

Xatırladaq ki, bu, AFFA-nın ilk belə addımı deyil. Qurum 2011-ci ildə “Şəfa” stadionunu 4 milyon 250 min manata, o vaxt oyunlarını burada keçirən “İnter”ə satmışdı. Sonradan klub müflis oldu, idman qurğusu isə “İnter”in borclu olduğu Azərbaycan Sənaye Korporasiyasının balansına keçdi. Hazırda bu arena Premyer Liqaya həsrət qalıb, orada yalnız Dvizion matçları və bir çox komandanın məşqləri reallaşır.(futbolinfo.az)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir