- Xəbər news
- 22:34 14.11.2024
"İdmançıların əksəriyyəti növbəti festivalın Qarabağda gerçəkləşməsini istəyir".
Corner.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Şəkidə keçirilən "İdman festivalı 2022\"nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nazirliyin işçi qrupu var və bu barədə düşünəcəklər: "Dünən idmançılarımızla görüşümüz olub. Axşam birlikdə danışdıq, söhbət etdik. Onların fikirlərini öyrəndik. Hamı növbəti festivalların olmasını gözləyir. Gələn il olmasa da, qarşıdakı illərdə belə festivalı Qarabağda da keçirməyi planlaşdıracağıq. Bunun da bir neçə səbəbi var. Biz Ağalıda triatlon üzrə yarış təşkil etmişik. Orada bizim vətəndaşlarımız məskunlaşıb. Həqiqətən yaxşı idman tədbiri alındı. İstəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çox olsun\".
F.Qayıbovun sözlərinə görə, Gənclər və İdman Nazirliyi ölkə başçısının tapşırığı ilə idmanın kütləviliyi, idmançıların peşəkar səviyyəsinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir: "Bunlardan biri də bu gün Şəki şəhərində yeniyetmələr arasında gerçəkləşən idman festivalıdır. Burada 20-dən çox növdə atletlər və onların məşqçiləri toplaşıblar. Tədbir Şəki Olimpiya Kompleksində və şəhərdə baş tutur. Bu festival üçün ətraf rayonlardan da buraya gəliblər. İdmanı təbliğ edirik".
Nazir festivalın digər yaş qruplarını da əhatə edəcəyini söyləyib: "İdman sağlamlıqdır və təkcə gənclər üçün deyil, hamı üçündür. Müxtəlif, hamını əhatə edən layihələrimiz, tədbirlərimiz var".